Eng Eng  
   
 

Kaspian Texnoloji Şirkəti alternativ enerji mənbələri, xüsusilə külək və günəş enerjisi sahəsində Azərbaycanda fəaliyyət göstərən ilk özəl şirkətdir. Şirkət külək turbinləri və günəş panellərinin quraşdırılması ilə yanaşı, alternativ enerji sferasının Azərbaycanda inkişafı istiqamətində də əhəmiyyətli işlər gömüş və bu fəaliyyətini davam etdirir. Eyni zamanda müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumları, həmçinin biznes dairələri və xarici partnyorları ilə sıx əməkdaşlıq edir.

Son illərdə şirkətimiz tərəfindən bir sıra uğurlu layihələr həyata keçirilmişdir ki, bunlara misal olaraq külək parklarının inşası, Azərbaycanda külək və günəş potensialının ölçülməsi və əldə olunmuş məlumatlar əsasında detallı analizin aparılması, günəş layihələrinin həyata keçirilməsi, bu sahənin inkişaf etdirilməsi və yerli kadr potensialının formalaşdırılması üçün Təlim mərkəzinin inşası, xarici təcrübənin öyrənilməsi məqsədilə şirkət əməkdaşlarının Avropanın aparıcı şirkətlərində təcrübə keçmələri üçün şəraitin yaradılması və treninqlərə göndərilməsi qeyd oluna bilər.

Şirkət yüksək kadr potensialına malikdir ki, bu da öz növbəsində hüquqi, iqtisadi və texniki yükünü nəzərə alaraq planlaşdırılan layihələrin daha yüksək səviyyədə və səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Eyni zamanda, ətraf mühitin mühafizəsi, şirkətin korporativ sosial məsuliyyət konsepsiyasının işlənilib hazırlanması istiqamətində də ciddi addımlar atılmış və görülmüş işlər nəticəsində Kaspian Texnoloji Şirkəti Birləşmiş Millətlər Təşkilatının Baş Saziş Layihəsinə (UN Global Compact) üzv seçilmişdir.

   · Xəbərlər

08.07.2010. Günəş batareyaları ilə işləyən ilk təyyarə bir sutkalıq uçuşu başa vurdu

»»»


21.10.2009. Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı

Dövlət proqramını buradan yükləyə biləriniz »»»


21.10.2009. Azərbaycan Respublikası Prezidenti «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın təsdiq

Azərbaycan Respublikası Prezidenti «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır »»»


22.09.2009. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş nitqi

»»»


 

© 2010. Kaspian Texnoloji Şirkəti