Eng Eng  
   
 

Xəbərlər   


Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş nitqi

“Biz bu gün bərpa olunan enerji növlərinin yaradılmasına başlamalıyıq. Bu, bizim həm iqtisadi gücümüzü artıracaq, eyni zamanda, bu, bizim ümumi işə, dünyada gedən proseslərə böyük töhfəmiz olacaqdır” –İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqindən

13 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Bir sıra mövzularla yanaşı Prezident Azərbaycanda həyata keçirilən alternativ enerji sahəsinin inkişafı ilə bağlı fikirlərini iclas iştirakçılarına aşağıdakı şəkildə bildirmişdir:

“... Bizim həm neftimiz, həm qazımız var. Yəni biz alternativ enerji mənbələri olmadan da öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edirik və başqa ölkələrin də enerji təhlükəsizliyi işlərində iştirak edirik. Ancaq mən hesab edirəm ki, biz bu gün bərpa olunan enerji növlərinin yaradılmasına başlamalıyıq. Bu, bizim həm iqtisadi gücümüzü artıracaq, eyni zamanda, bu, bizim ümumi işə, dünyada gedən proseslərə böyük töhfəmiz olacaqdır. Çünki iqlim dəyişikliyi məsələləri artıq dünyada çox böyük müzakirə mövzusuna çevrilibdir. Düzdür, Azərbaycan öz tərəfindən iqlim dəyişikliyinin dərinləşməsinə dünya iqlimi üçün problem yaradan ölkə deyil. Ancaq bu bizim töhfəmiz olacaqdır. Bir də ki, bu müasirlikdir, yenilikdir, ekoloji standartlardır. Bu sahədə işlər görülməyə başlayıb və hesab edirəm ki, bu, çox sürətlə inkişaf etməlidir. Nəzərə alsaq ki, dövlət büdcəsində də dövlət tərəfindən görüləcək işlərin sürətləndirilməsi üçün kifayət qədər vəsait var. Ancaq bununla bərabər biz özəl sektoru da bu işlərə dəvət edirik.”


22.09.2009 | 

   · Xəbərlər

08.07.2010. Günəş batareyaları ilə işləyən ilk təyyarə bir sutkalıq uçuşu başa vurdu

»»»


21.10.2009. Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı

Dövlət proqramını buradan yükləyə biləriniz »»»


21.10.2009. Azərbaycan Respublikası Prezidenti «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın təsdiq

Azərbaycan Respublikası Prezidenti «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır »»»


22.09.2009. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş nitqi

»»»


 

© 2010. Kaspian Texnoloji Şirkəti