Pilot Layihənin davamı olaraq, əldə olumuş dəqiq külək ölçmələrinə əsaslanaraq şirkətimiz 48 MVt Şurabad Layihəsini həyata keçirir. Bu layihə üçün 16 ədəd hər biri 3 MVt olmaqla Vestas şirkətinin istehsalı olan V90 külək elektrik qurğularından istifadə olunur. Layihənin ilkin danısıqları 2009-cu ilin iyul aylarında başlamışdır. Hal hazırda fundamentlər hazırlanib başa çatmaq üzrədir. Layihənin başa çatması 2010-cu ilin 2-ci rübünün əvvəlinə nəzərdə tutulur. Bu lahihəni həyata keçitmək məqsədi ilə tikinti şirkətləri, Şurabad qəsəbəsinin yerli əhalisi, əlavə işçi qüvvəsi cəlb olunmuşdur. Bundan əlavə olaraq fundament hissələrinin inşası üçün dəmir karkasın hazırlanması yerli zavod və fabriklərin cəlb olunması ilə həyata keçirilib. Şurabad layihəsi başa çatdıqdan sonra təqribi hesabatlara əsasən ildə 185 mln KVts elektrik enerjisi istehsal olunması gözlənilir. Bu isə öz növbəsində 57 mln m3 təbii qaza qənaət edəcək.
2010 cu ildən layihənin 150 MVt-a gədər genişlənməsinə başlanması nəzərdə tutulur.
· Xəbərlər
08.07.2010. Günəş batareyaları ilə işləyən ilk təyyarə bir sutkalıq uçuşu başa vurdu
21.10.2009. Azərbaycan Respublikası Prezidenti «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın təsdiq
Azərbaycan Respublikası Prezidenti «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır »»»
22.09.2009. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş nitqi