Eng Eng  
   
 

Günəş layihəsi   

Kaspian Texnoloji Şirkəti fəaliyyətində Külək layihələri ilə yanaşı, alternativ enerjinin istiqamətlərindən biri sayılan günəş enerji layihələrini də həyata keçirir. Şirkət yarandığı dövrdən hər zaman Azərbaycanın müxtəlif elm dairələri ilə sıx təmasda olmuş, elm və texnologiyanın nailiyyətlərinin Azərbaycanda ən müasir sferalarda tətbiqi sahəsinə yerli kadrların da əməyindən faydalanmışdır. Elmi inkişaf istiqaməti daim diqqət mərkəzində olduğundan şirkətimiz Azərbaycan Respublikasının əsas elmi qurumu olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun dam örtüyündə Avropa istehsalı olan günəş panellərini quraşdırmışdır. Layihə çərçivəsində, Avropadan ekspertlər dəvət olunmuş, avadanlıqların quraşdırılması müvəfəqiyyətlə həyata keçirilmiş və 2010-cu ilin 1-ci rübündə günəş panelləri artıq istismara verilmişdir. Qoyuluş gücü 2,5 KVt olan 11 günəş panelindən ibarət layihənin məqsədi Fizika İnstitutunun fasadı, giriş zalı, mərtəbələrinin işıqlandırılması, bundan başqa institutda günəş enerjisi sahəsinin inkişafı üçün təcrübələrin qoyulması və yeni imkanların yaranmasını araşdırmaqdır.
Yaxın gələcəkdə şirkətimiz tərəfindən digər günəş layihələrinin də həyata keçirilməsi planlaşdırılır. Bununla bağlı olaraq, yerli şirkətlərlə ikitərəfli danışıqlar aparılır.




   · Xəbərlər

10.10.2011. test

test »»»


 

© 2010. Kaspian Texnoloji Şirkəti